TAIS-İKF MMC tərəfindən Azərbaycan Müdafiə Nazirliyinə dəstək

Azərbaycan bu çətin ildə doğma ərazilərini 30 illik işğalından sonra, düşmən tərəfindən qanunsuz və vəhşicəsinə alınan torpaqlarını hərbi yolla qaytarmağa başladı. Xalq, Ali Baş Komandan və orduya hərtərəfli dəstək verməyə başladı. Hər kəs kömək etdi, həm adi vətəndaşlar, həm də şirkətlər. TAIS-İKF MMC öz növbəsində, 8 oktyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyinin fonduna 30.000 manat ianə etmişdir. TAIS-İKF MMC orduya diqqətini dayandırmadı, qısa müddətdə 200 ədəd komplekt: çarpayı, döşək, yorğan, yastıq, isti lazımi paltar və digər aksessuarlar alınıb cəbhəyə göndərildi.

Yevlax rayon xəstəxanasında yaralılara və şəhid olanların ailələrinə dəstək üçün yerləşdirilən könüllülərin gündəlik yeməklə təminatı və eyni zamanda xəstəxanada müalicə alan yaralı əsgərlərin zənginləşdirilmiş menyu ilə qidalandırılması təşkil olundu.

Fizuli rayonunda  yerləşdirilən yüzlərlə əsgərin və daxili qoşunların heyətinin  1 aydan çox müddətə yemək təminatını həyata keçirməkdə, lazımı ərzaqların alınmasında və hazırlanmasında çox böyük dəstək olundu.

Döyüş əməliyyatları başlayandan, hərbçilər və könüllülər pulsuz yeməklə təchiz edilir. Xalqın dəstəyini görən igid ordu, hər gün zəfər çalmağa və yeni əraziləri işğalçılardan azad etməyə davam etdi.