Bildiyimiz kimi 2012-ci ildə keçirilən Avrovisiya mahnı yarışmasına Azərbaycan ev sahiblik edirdi. Buna görə o zamanlar Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa edildi. Kompleksin layihələndirilmə və tikinti işləri üçün yerli və xarici şirkətlərin nümayəndə və işçi qrupu (təqribən 49 şirkət) cəlb edilmişdi.
3 ay davam edən tikinti və quruculuq işlərində işçi heyətinin qidalanması TAİS şirkətlər qrupuna aid olan “Remservices” -ə həvalə edildi. 24 saat fasiləsiz, gündəlik 10000 yeməklə təchizatı həyata keçirən “Remservices” standartlara cavab verən şirkət kimi fərqlənmişdi. Mahnı yarışması dövründə də minlərlə qonaqlara, media nümayəndələrinə və iştirakşıların komandalarına tərəfimizdən xidmət göstərilmiş və hətda yarışma zamanı bir sıra tədbirlərin (iştirakşıların ad günləri və təqdimetmə mərasimləri) iaşə xidməti bizə etibar edilmişdi. Qeyd etmək istərdik ki, xidmətlər tədbir dövründə olduğu kimi, tədbir sonrası dövr ərzində yekunlama işlərində də aparılmışdır.
Eyni zamanda “Crystal hall” Konsert Komleksinin mətbəx və yeməkxanası “TAİS” tərəfindən layihələşdirilmiş, dizayn və avadanlıqlar bizim tərəfimizdən təchiz edilmişdir. 700 nəfərə xidmət göstərən 42 metrlik servis xəttin də qurulması “TAİS” tərəfindən həyata keçirilmişdi.
Təcrübəli və peşəkar işçi qrupu ilə fəaliyyət göstərən Remservices-in xidmətləri “Evrovision-2012” təşkilatı tərəfindən yüksək qiymətləndirilmiş və sonda diplom ilə təltif edilmişdi.