İctimai iaşə sahəsində çalışanların öz işlərini arzuladıqları konsepsiyaya və menyuya uyğun qurulmasında, standartların həyata keçirilməsində, müştərilərin istəklərinin tam qarşılanmasında üzləşdikləri ən böyük maneə avadanlıq və inventar çatışmazlığı olmuşdur.
İctimai iaşə, mətbəx və yeməkxana qurmaq sahəsində çoxillik təcrübəmizə, mövcud texniki bazamıza və kadr potensialımıza arxalanaraq, bu çətin problemin həllinin vacibliyini və incəliyini dərk edərək RS-HORECA ilə xidmətinizə gəldik.
Bu gün RS-HORECA iaşə və ticarət müəssisələri üçün avadanlıqların kompleks şəkildə təchizatı sahəsində ən dinamik inkişaf edən brendlərdən biridir.
Təklif etdiyimiz “açar təhvil” konsepsiyası sayəsində planlarınızın həyata keçirilməsi asanlaşacaq, investisiyalarınız daha təminatlı olacaq. Konseptlərə uyqun olaraq, sənaye mətbəxlərinin, kafe və restoranların, otel və istirahət zonalarında qidalanma sahələrinin qurulması kompleks şəkildə həyata keçirilir və bunun üçün biz aşağıdakı xidmətləri təklif edirik:
Layihələndirmə
Təchizat
Çatdırılma
Quraşdırılma
İşə salma və təhvil vermə
İşçilərin Təlimləndirilməsi
Təhvil sonrası dəstək
Bizim “one stop shopping” konsepsiyası əsasında fəaliyyət göstərən mağazamız isə müştərilərimizə ən yüksək keyfiyətli və məqbul qiymətə avadanlıq və inventarların alınmasında dəstək olacaq.
Burada Sizə ağır və yalnız istehsal prosesində istifadə olunan avadanlıqlarla yanaşı, sağlam, rahat və təhlükəsiz qidalanmanı təmin edən kicik və xırda avadanlıqlar, alət və qablar və digər inventarlar da təklif olunur.
Y.V.Çəmənzəminli 18, AZ1078 , Bakı, Azərbaycan
+994 12 5653899
info@rs-horeca.az