Bir subpodratçı ilə bir hesab-faktura əsasında iş qurmaq inanılmaz səmərəliliyi ilə artıq özünü təsdiq etmişdir. Bu yeni iş modelindən artıq böyük korporasiyaların əksəriyyəti istifadə edir. Bu işlərin görülməsi üçün isə artıq böyük beynalxalq şirkətlər də mövcuddur.
Təhlükəsizlik, təmizlik xidmətləri, ofis dəstəyi, iaşə xidmətləri, ziyanvericilərə nəzarət və daşınmaz əmlakın idarə edilməsi kimi bir sıra digər xidmətləri də subpodratçılara həvalə edirlər. Bu xidmətlər ayrı-ayrılıqda və ya inteqrasiya edilmiş şəkildə təqdim edilə bilər. Xidmətlərin göstərilməsində inteqrasiya olunmuş yanaşma bütün müştəri xidmətlərini vahid həll yolu ilə birləşdirir, burada bir xidmət sahəsi digər xidmətlərin effektivliyini və optimallaşmasını təmin etmək üçün dəstəkləyə bilər. Məsələn, qəbul xidməti asanlıqla təhlükəsizliklə birləşdirilə bilər, burada işçilərin funksiyalarını rahat tənzimləyə bilərsiniz.
Əmlakın qorunması üçün hərtərəfli xidmətlər paketi təqdim edən TAİS-İKF, ixtisaslaşmış əksər şirkətlərdən fərqli olaraq, subpodratçı cəlb etmədən bu işləri həyata keçirir və bununla da müştəri üçün əlavə qazanc təmin edir.