HORECA üçün kompleks həll

HORECA üçün kompleks həll

Peşəkar avadanlıqların təchizatı sahəsində ixtisaslaşmış bir şirkət olaraq restoran, kafe, yeməkxana, qəssab və çörək sexləri, fast foodlar, fərdi villalarda açıq mətbəx həllərinin ən peşəkar və optimal təminatçısıyıq.

“açar təhvil” konsepsiyasına uyqun obyektlərinizin, layihələrinizin A-dan Z-yədək həllini, bizə etibar edə bilərsiniz.

Yeni müəssisələrin işə salınması və yaxud mövcud olanların yenidən, yeni konsepsiyaya və dizayna uyqun qurulması aşağıdakı mərhələlərin həyata keçirilməsindən ibarətdir:

 Layihələndirmə,

 İT imkanlarının tətbiqi

 Avadanlığın alınması,

 Avadanlığın çatdırılması,

 Avadanlığın quraşdırılması,

 Yeni avadanlığın istismara verilməsi,

 Avadanlıq istifadəçilərinə təlim keçirilməsi

 Zəmanət dövründə və sonra avadanlığa texniki qulluq və dəstək xidmətləri

Biz müştəri yönümlü Şirkətik. Bu səbəbdən hər bir müştəriyə, hər bir layihəyə, layihənin bütün mərhələlərində, ideyanın formalaşmasından tutmuş onun həyata keçirilməsinədək dəstək verməyə hazırıq. Bütün mərhələlərdə müştəri istək və arzularını nəzərə alaraq, onunla fəal əməkdaşlıq edirik.