Min illər ərzində insanlarla qonşu məskunlaşmış heyvan və həşəratlar patogen mikroorqanizmləri insana yoluxduran əsas amil olmuşdur. Tarixə nəzər salsaq, dünyanı sarsıtmış və çoxmilyonlu ölümlərə səbəb olmuş epidemiya və pandemiyaların yaranma və yayılması heyvan və həşəratlar vasitəsilə baş vermişdir. Cəmiyyət və insan öz sağlamlığını qorumaq üçün əhatəsində olan heyvan və həşəratların həm populyasiyasını, həm də gigiyenasını nəzarətdə saxlamalı, idarə etməli və zərurətdən yaranan digər tədbirləri icra etməlidir. Belə tədbirlər kompleksi ziyanvericilərə nəzarət adı altında birləşir.
2003-cü ildə yaradılmış RPC-Co MMC ilk gündən yüksək keyfiyyətli sanitar-epidemioloji xidmətlərin sinoniminə çevrilmişdir. Şirkətin təklif etdiyi Ziyanvericilərə nəzarət xidmətinə aşağıdakı Əsas və Əlavə tədbirlər paketləri daxildir:
Əsas tədbirlər
Virus, bakteriya, göbələk, ibtidai qurdlar kimi mikrofloraya qarşı yönəlmiş – DEZİNFEKSİYA;
Həşəratlara qarşı yönəlmiş – DEZİNSEKSİYA;
Gəmiricilərə qarşı yönəlmiş – DERATİZASİYA;
Əlavə tədbirlər
Termitlərlə mübarizə;
Quşlara nəzarət;
İlanlara nəzarət;
Sahibsiz itlərə nəzarət