Hər bir təşkilatın gündəlik fəaliyyətinin böyük bir hissəsi qonaqların qəbulu və poçt idarəçiliyinə sərf olunur. Bu işin düzgün təşkili və sistemli şəkildə aparılması təşkilatın uğurunun təməl prinsiplərindən biridir. Ancaq, bu işlər ilə bərabər, ofisin idarəçiliyində yetərincə qeyri-profilli işlər var ki, bunların da icra olunması vaxt, enerji və vəsait aparır. Bu işlər TAİS-İKF-yə həvalə edildikdə, biz etibarlı, ixtisaslı, peşəkar və yüksək məsuliyyətli heyət ilə müştərilərimiz üçün inzibati işlər yükünü asanlaşdırarıq. Bu isə öz növbəsində, müştərilərimizə ən sadə gündəlik əməliyyatlardan narahat olmadan əsas vəzifələrinə diqqət yetirməyə imkan verər.
Ofislərinin idarə olunmasında mütərəqqi və geniş dəstək xidməti təqdim etməklə, Müştərini bu yükdən onları tam azad etmiş oluruq. Bu işlər aşağıdakılardır:
Qəbul xidmətləri
Hostess xidmətləri
Konfrans xidmətləri
Tədbirlərin təşkili
İclas otağının idarə edilməsi
Çap və kopyalama
Anbar idarəetmə
Ofis mebellərinin idarə olunması
Daxili abadlıq və dekorasiya
Ofis ləvazimatları təchizatı