Əmlak istifadəyə verildikdən sonra həyat təminatı sistemlərinin işinin fasiləsiz izlənməsi, qiymətləndirilməsi və tənzimlənməsi lazımdır. Bu işin aparılmasında çox vaxt səylər və mənbələr boşa çıxır, çünki tapşırıqların koordinasiya və rasionallaşdırılması barədə tam anlayışa malik olmayan bir sıra müxtəlif təchizatçı və tərəfdaşlara həvalə olunur.
TAİS İKF olaraq əmlakın daxilində və ətrafındakı fiziki mühitlə bağlı bütün işlərinizin idarə olunmasını təklif edirik. Biz xüsusi bacarıqlara malik ixtisaslı kadrlarımızla istənilən bina və ofisin rahat işləməsini təmin edirik.
Bütün mühəndis sistemlərinin istismarına nəzarət edən və lazımı qabaqlayıcı tədbirləri özündə ehtiva edən plan əsasında, fövqəladə halların yaranması zamanı, bunun təsirini minimuma endirmək imkanı əldə etmiş oluruq.
Mühəndislik sistemlərinə texniki xidmətimiz obyektin idarəetmə sxemini optimallaşdırmağa və sahibinin büdcəsinə qənaət etməyə yönəlmişdir. İstilik, havalandırma, soyutma və kondisioner sistemlərinin nəzarətdə saxlanması bu cihazların rəvan işləməsini təmin etməklə yanaşı, avadanlığın etibarlığını və ömrünü uzadır, həm də enerji xərclərini azaldır.
Bu xidmətlər aşağıdakıları əhatə edir:
Enerji təchizatı və işıqlandırma sisteminə texniki xidmət
Havalandırma və kondisioner sistemlərinə texniki xidmət
Soyuducu sistemə texniki qulluq
Su təchizatı və kanalizasiya sistemlərinin istismarı
İstilik təchizatı sistemlərinə xidmət
Yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemlərinin istismarı
Avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı
Mövcud avadanlıqların təmiri və modernləşdirilməsi