“TAİS İKF” MMC öhtəsinə götürdüyü vəzifələri təhlükəsiz və peşəkar yerinə yetirmək məsuliyyətini çox gözəl anlayır. Bu məsuliyyətdən irəli gələrək öz işçilərinin bilik və bacarığını daima artırmaq üçün təlimlər keçirir. Şirkət yerli və xarici şirkətlərlə iş təcrübəsinə,dövlətimizin və beynalxalq təşkilatların tələblərinə və qaydalarına əsaslanaraq özünün təlim siyasətini müəyyən edir.
Bu siyasət təlimlərin aparılması qaydalarını, onun format və məzmununu müəyyən edərək aşağıdakıları əhatə edir:
Şirkətdaxili təlimlər
Şirkətdən kənar təlimlər
Təkrar təlimlər
Məşğələlər və təlimatlandırıcı söhbətlər
Şirkətdaxili təftişlər
Təlimlər şirkətin məsul işçiləri, lisenziyalı xüsusi şirkətlər, habelə Dövlət tərəfindən müəyyən olunmuş xüsusi təlim orqanlarının lektor və təlimatçıları keçirir.Təlimlər şirkətin baş ofisində, birbaşa iş yerlərində və ya xüsusi təlim idarələrində aparılır.
Təlim aparılması zamanı xüsusi qeydiyyat forması doldurulur. Bu sənəddə mövzu, aparıcının adı və soyadı, təlimin aparılma tarixi, iştirak edən işçilərin siyahısı və imzaları göstərilir.
Təlimdən işçilərin bilik səviyyəsini yoxlamaq üçün test keçirilir və testin nəticələrinə uyğun işçilərə sertifikat verilir.