Seçim Mənbələri

İnsan resurslarının idarə olunması şöbəsi, işçilərin seçimi və işlə təmin olunması prosesinə, şirkətin siyasətini və prosedurlarını hər bir işçi tərəfindən ciddi şəkildə əməl edilməsinə tam məsuliyyət daşıyır. Eyni zamanda şöbə hər iki tərəfin maraq və hüquqlarının tam gözlənilməsinə təminat verməlidir. Şöbə və onun rəhbərliyi tam şəkildə dərk etməlidir ki, personalın yüksək rifah halı ən mühim faktorlardan biridir. Bu baxımdan işçilərin tam məlumatlandırılmasına və işə ruhlanmasına da təminat verməlidir.

Kadrların yığılması qərarı şirkətin baş direktoru və ya insan resursları ilə iş üzrə menecerin təşəbbüsü ilə aşağıdakı hallarda həyata keçirilir:

  1. Bu və ya digər səbəbdən vakant vəzifələrin tutulması və ya onların sahəsi üzrə iş həcminin artması zamanı
  2. Yeni kontrakt və layihələr zamanı
  3. Ehtiyyatl işçilərin məlumat banklarının yenilənməsi zamanı.
  4. Insan resursları üzrə şöbənin təftişi və kadrların seçilməsi sisteminin fəaliyyətinin yoxlanılması zamanı.
     

Kadrların yığılması üçün 2 mənbə mövcuddur:

  1. Daxili mənbə - bu zaman lazımi kadrlar işləyən əməkdaşlar və ya ehtiyyatda olan əməkdaşların məlumat bankına əsasən seçilir.
  2. Xarici mənbə - KİV-lərə verilən elanlar, işədüzəltmə şirkətlərinə müraciətlər, bilavasitə şirkətə edilən müraciətlər və tövsiyyələr əsasında həyata keçirilir.

 

 

 

 

 

CV formasın doldur


İndi Doldur!