Insan resursları istehsalat prosesinin vacib tərkib hissəsi olmaqla, bu prosesin tam idarə olunmasında əsas faktorlardan biridir. Şirkətimiz istehsal olunan məhsulun məhz bu resursların fəaliyyəti ilə bağlı olması faktını çox gözəl anlayır.
Yüksək ixtisaslı, savadlı, layiqli işçilərin mövcudluğu şirkətlərin uğurlu fəaliyyətinin əsasını təşkil edir. Göstərilən şəxsi keyfiyyətlər şirkətin rəhbərliyi tərəfindən düzgün və vaxtında dəstəkləndikdə uğurlu iş fəaliyyəti daha da möhkəmlənir və inkişaf edir.
Bunları və habelə kadrlarla işin şirkətin idarə olunması yolunda vacibliyini nəzərə alaraq “Personalla İş Üzrə” təlimat hazırlanmışdır. Bu təlimat şirkətimizin uğurla idarə edilməsinə, fəaliyyətinin planlaşdırılmasına, proqnozlaşdırılmasına yardımcı olmaqla yanaşı, həm də, xarici və yerli təşkilatlara potensial keyfiyyətli xidmət göstərmək yolunda inamımızı daha da artırır.
Bu təlimatda aşağıdakı əsas prinsiplər nəzərə alınmışdır.
İşçilər üçün maksimum komfort
Şirkət üçün minimum ziyan
Şirkətin inkişafı işinə maksimum əmək
Personal və şirkət arasında maksimal qarşılıqlı anlaşma
Hər bir işçinin böyük ailənin üzvü olmasını dərk etməsi